Saturday, April 26, 2014

IKINCI DƏRƏCƏLİ ROLLARLA DA SEVİLMƏK OLAR ;)

WANG JI HYE 왕지혜



 Aktrisa 1985 ci il 29 dekabr da doğulub.(28yaş) KeyEast şirkəti ilə çalışır. Mən bu aktrisanı Personal Taste serialından tanıdım. Və ilk dəfədən gıcıqlandırmışdı məni roluna görə. Ən yaxın dostunun sevgilisini əlindən almışdı, hələ bir toyuna da dəvət etmişdi və əsas qız ancaq toyda gerçəyi öyrənmişdi :/ Bu da yetməz kimi oğlandan ayrılıb yenidən əsas qızın evinə gəlmişdi, sanki heç nə olmuyub O.o


 Ama geyimi , görünüşü də diqqətimi cəlb edirdi. Həm də belə qısa saçlı Koreyalı aktrisalar az-az görünür, çoxu rola görə kəsmiş olur.Məs.You are beautiful və ya Coffee Prince seriallarındakı kimi


  Bu arada Personal Taste serialını da izləyin. Sadəcə Lee Min Ho ya görə yox ;) , həm də sadə və maraqlı olduğuna görə.. Nəysə əsas mövzuya qayıdaq..
    Aktrisanı mənə sevdirən serial isə Protect The Boss serialı oldu. Komediya, sevgi, ailəvi münasibətləri,  dostluğu birləşdirir özündə bu serial. BAXIN BU SERİALA HEÇ PEŞMAN OLMAZSINIZ.. ;) 
Seriala baxmaqçün digər bir səbəbin adı Jae Joong dur <3
JAEJOONG 

Jaejoong serialda həm yaraşıqlı, həm də bacarıqlı olduğunu bir daha sübut edib ;P
Ama acı həqiqət budurki, Jaejoong da baş rol da deyil. Sevindirici xəbər isə odurki, baş roldakı qız qıcıqlandırır və serial boyu 

















Jaejoong un baş rol olmadığına görə sevinəcəksiniz :D Amma demək olarki elə 4lük olaraq başroldadırlar. Bu serial haqqında ayrı bir yazımda yazaram daha geniş :) 


Ama bunu da əlavə edimki, serialda ən çox Jaejoong la Jin Hye diqqətinizi cəlb edəcək, xüsusilə də varlı valideynlərinə qarşı çıxmağa çalışan (nəhayət bu yaşlarında) övladlar kimi. Valideynlərlə övladların mübahisələrində çox güləcəyinizə, əylənəcəyinizə əminəm ;) 
 Niyə bu aktrisa haqqında yazı yazdım? - Çünki, biz əsasən baş rollarla maraqlanırıq, ama bu aktrisa kimi insanlar olmasa başrolları da sevməzdik düzü. 

Həm də Cənubi Koreyada da əgər aktrisa və ya aktyor ikinci dərəcəli rolla başlayırsa, deməli həmişə oxşar rollar alacaq :/  Çox nadir hallarda bunun əksini görə bilərsiniz. Digər bir aktrisa da Secret garden dan tanıyıb sevdiyimiz və Queen İn hyun's man serialında nehayət baş rol oynayan , ancaq sonra yenidən ikinci dərəcəli rolları ilə (məsələn Man From The Stars  serialında ) ekranda gördüyümüz Yoon İn Na dır.
 wang Ji Hye nin rola aldığı film və seriallar :
  • Hotel King (MBC / 2014) - Song Chae-Kyung --- bu serial hal-hazırda davam edir ;)
  • The Suspicious Housekeeper | Soosanghan Gajungboo (SBS / 2013) - Yoon Song-Hwa
  • Cheer Up, Mr. Kim | Himnaeyo Mister Gim (KBS / 2012-2013) - Lee Woo-Gyung
  • Bachelor's Vegetable Store | Chonggagne Yachaegage (Channel A / 2011-2012) - Jin Jin-Sim / Mok Ga-On
  • Protect The Boss | Boseureul Jikyeora (SBS / 2011) - Seo Na-Yoon
  • The President | Peurejidenteu (KBS2 / 2010) - Jang In-Young
  • Personal Taste | Gaeinui Chwihyang (MBC / 2010) - Kim In-Hee
  • Friend, Our Legend | Chingoo, Woorideului Jeonseol (MBC / 2009) - Choi Jin-Suk
  • Perfect Neighbor | Wonbyeokhan Yioteul Mannineun Beom (SBS / 2007) - Ko Hye-Mi
  • Beijing My Love | Bok-kyeong naesarang (KBS, CCTV-8 / 2004)
  • Something About 1 Percent | 1%ui Eomin Keot (MBC / 2003)


Aktrisanın Protect The Boss serialındakı rolu, xarakteri varlı ailənin tək qızı, özündən razı, əslində heç kim tərəfindən sevilməyən və kredit kartları olamadan yaşaya bilməyən biridir. Evdən qaçdığı və anası ilə olan mübahisələri olan hissələr çox xoşuma gəlmişdi. Şirin rolu var və  rolunun öhdəsindən də gəlib. =)


Aktrisanın oynadığı filmlər :
  • Le Grand Chef 2: Kimchi Battle | Sikgaek : Kimchi Jeonjaeng (2010) - Jin-Su
  • Beautiful Sunday | Butipeul Seondei (2007) - Soo-Yeon
  • The Fox Family | Gumiho Gajok (2006) - convenience store girl

Protect the Boss serial;ndan Jaejoong la bir neçə şəkillərini də paylaşdım =)


 BU DA YAZIMIN SONU .  ÜMİDVARAMKİ BƏYƏNDİNİZ. =) FİKİRLƏRİNİZ VƏ TƏKLİFLƏRİNİZ BARƏSİNDƏ RƏY BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN ;)

Tuesday, April 8, 2014

Səsi, bəstələri ilə ürəyimə yol tapan müğənni.

Tünzalə Ağayeva.. 

Demək olar hər oxuduğu mahnı sevilir və hit olur ifaçının.. 
Tünzalə Ağayevanın dinlədiyim ilk mahnısı. Və bu ən sevdiyimdi. Sözləri şair Mikayıl Müşfiq(1908-1939) ə, Bəstəsi Tünazlə Ağayeva nın özünə məxsusdur. Musiqi və sözlər bir-birini mükəmməl tamamlayır..
Bu isə "Sən varsan" mahnısı. Klipi də izləməyə dəyər. Söz: İsmayıl Dadaşov
           Mus: Minayə İbrahimova



" BİR DƏ BAXIM"
 2001- ci ilin mahnısıdır.
Tunzala Agayeva - Bir de baxim
Music: Tunzale Agayeva 
Lyrics: Baba Veziroglu


 və digər sevdiyim mahnı müğənninin repertüarindan ..



"Gəlməz".. Çox qəmgin hiss edirəm dinləyəndə.. Mahnının sözlərindən bir parça da əlavə etdim.

Keçir ilir,ayım, günüm 
Çatmır ona səsin , ünüm
İstər selə suya dönüm, 
istər oda yarım gəlməz


SEVDİ CAN SENİ
bu mahnıdan da 1 hissəni yazdım ;)
Bu axşam röyamda gəzişə çıxdım
Aramızı vuran birini yıxdım
Titrəyə titrəyə əlini sıxdım
Baxdım zəhərləmiş o ilan səni..


İlk notlardan artıq Mahnı sənə təsir edir. 
Söz: Səməd Vurğun
Mus: Tünzalə Ağayeva



Son Mahnılarındandır İfaçının. 
"Xoş Gəldin Gülüm"

    "HƏDİYYƏ" SEVGİMİ SƏNƏ HƏDİYYƏ GÖNDƏRDİM DEYİR BU MAHNIDA İFAÇI : ))



     
 "SƏNSİZ".. MÖHTƏŞƏM İFA


Mahnının bu versiyasını Fərid Həsənovun ifasında dinləyin ;)
Məhz bu ifasına görə o Türkviziya musiqi yarışmasında Azərbaycanı təmsil üçün seçilmişdi. Çox sevinmişdim mən də :D Yarışmada ilk yeri də tutmuşdu =) 


SON OLARAQ " LAY-LAY " la  BİTİRİM İSTƏDİM 



Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...