Friday, June 27, 2014

BIGBANG

BİGBANG. . . BU QRUPDA SƏS ÖZ SÖZÜNÜ DEYİR...

dreamhigh-happyday.blogspot.com
    Qrup haqqında əvvəlcə öz fikirlərim- KPOP da ən sevdiyim qruplar sırasındadır. Əvvəlcə ama heç bir mahnısını dinləmədiyim vaxtlarda bəyənmirdim. Hə bəyənmirdim, çünki "Fantastic Baby" klipi çıxırdı qarşıma və ilk dəfədən bəyənməmişdim bu klipi ilk saniyələrindən mahnını dəyişmişdim. Ama sonra ən yaxın dostum BigBang-dan "BLUE" mahnısını dinləməyimi məsləhət gördü. Mahnıya qulaq asdım və sonra mahnını telefonuma yüklədim, bütün gün dinlədim :D Sonra digər BigBang mahnılarının axtarışına çıxdım və axtarışın sonunda telefonumda BigBang üçün playlist qurdum o qədər çox mahnı yükləmişdimki. =) Beləliklə hekayənin sonunda qrup ən sevdiyim Cənubi Koreya musiqi qrupları sırasında öz yerini aldı.!
İndi isə qrup haqqında və əlbəttə ki, bir-birindən gözəl BigBang mahnı şəkilləri ilə tanış olaq ..

Thursday, June 26, 2014

MƏSLƏHƏT İSTƏYƏN..

MAHNI YÜKLƏDİYİM, DRAMA İZLƏDİYİM SAYTLARDAN..
dreamhigh-happyday.blogspot.com




 Çoxumuzun oxşar problemi olur. Hansı saytdan izləməli? Hansı saytdan K-POP a aid mahnıları dinləyə, yükləyə bilərəm? Bu suallar şəkildəki kimi çoxalır və çoxalır..
 Mən öz bəyəndiyim saytları yazım istədim. 
Beləliklə sadəcə yeni K-drama izləyənlər və ya K-pop dinləyənlər üçündür bu yazım. Çünki özümdən bilirəm, ilk dəfələrdə youtube-dan izləyirdim dramalara ama bu cür alınmır. Film, serial üçün youtube u üstün tutmuram. Məsələn irəli ya geriyə getmək istədiyin zaman çox vaxt yenidən yığılır və gözləməli olursan. Mən Koreya serialları sayəsində altyazılı serial izləməyin dublajdan üstün olduğunun fərqinə vardım. Səslər gerçək olmayanda film/serial keyfiyyətinin 50% ini itirir məncə.. BU ANDA DEMƏK İSTƏYİRƏM BU YAZIMI YAZARKƏN BU MAHNIYA - TABLO NUN TAEYANG IN MAHNISINA OLAN COVER VERSİYASINA QULAQ ASIRAM. Məsləhət görürəm siz də belə edin. Bu yazımı çoxdan yazmaq istəyirdim ancaq elə bu mahnı səbəb oldu başlamağıma..

   Mən əsas 2 saytda baxıram seriallara. Əvvəla qeyd edim ki, Azərbaycan dilində altyazılı sayt tapmamışam, yoxdu məncə hələki. Amma əminəm olacaq ;) 
       Çox vaxt seriallar hələ Cənubi Koreyada

QƏRİBƏ YA NORMAL

QƏRİBƏ BİR YAZI YAZDIM DEYƏSƏN.

dreamhigh-happyday.blogspot.com

   İnsan olmaq çox qəribədir.. Deyəkki bir məqsəd üçün çalışırsan ama məqsədinə çatdığın zaman qane etmir səni bu... Ya da çox baxmaq istədiyin bir film var və sən nəhayət ki, bu filmi izləyirsən, ama izlədiyin zaman niyəsə səbəbsiz yerə baxmaq istəmirsən.. Çox sevdiyin can atdığın arzularına çatanda qəribə də olsa gözlədiyin o böyük sevinc hissi əvəzinə heç nə yoxdur..  Bunlardan ən azı biri sizdə də olub? Ona görə də məncə insanları yəni bizləri anlamaq çox çətindir. (Halhazırda sadəcə düşündüyüm kimi yazıram) . Dünyada nə qədər çox insan var. Bu da o deməkdir ki, nə qədər çox arzu var, sevgi var, nifrət də var.. Heç düşünmüsünüzmü-

Monday, June 23, 2014

FULL HOUSE 2/FULL HOUSE TAKE 2

 Axtardığım drama- FULL HOUSE 2

 

dreamhigh-happyday.blogspot.com

 Son zamanlar Personal Taste, You are Beautiful, Coffee Prince, Marry stayed out all night və buna bənzər Koreya dramaları axtarışındaydım. Çünki halhazırda baxdığım və Cənubi Koreyada da yayımlanan seriallarda komediya azdı.( Çoxunuz bəlkə də You Are All Sorounded- i düşünüb razılaşmadınız ama tam komediya deyil o serial. Saydığım seriallara baxanlar bilir ki, bu seriallarda əsas mərkəzdə sevgi və bu baş rolların komik halları olur. Ama son zamanlar əsasən dram havasındakı seriallara baxıram və bu məni yordu. Seriallarda problem yoxdu, sadəcə dramın da həddi var, bu qədəri ziyan edir ;P Və çoxdandır baxımmı? dediyim seriala başladım! Və ÇOX BƏYƏNDİM! 
dreamhigh-happyday.blogspot.com


Serial balaca qızın bir taekvando zalına gəlişi ilə başlayır. Bir qadın onu zaldakı taekvando ustasına tanış edir. Tanışlıq zamanı bizə məlum olur ki, baş rol-əsas qızın adı Jang Michielle-dir. Ama elə o zaman da yaşlı kişi(taekvando ustası) ki, balaca qızın babası imiş, onun adını dəyişib Jang Man Ok olaraq dəyişir. Qızın təkcə adı yox saç düzümü, geyimi hər şeyiyilə dəyişir. Sonra babası ilə bir açıq havada ziyafətə gedir- taekvando geyimində -_- :D Orda ev sahibinin taekvando da müəllimi olduğunu öyrənirik. Həmin ev sahibinin  oğlu isə Lee Tae İk -baş rol-əsas oğlandır. Oğlan ilk olaraq qıza niyə qız kimi səsin var və əlimi qız kimi tutursan deyir :D qız da mən qızam deyəndə cavab gəlir. Onda niyə oğlan kimisən .=D Bundan sonra illər keçir və hamı böyüyür və əlbəttə ki, bu görüşmə də unudulur. Bəs indi bu uşaqlar nə edir?
dreamhigh-happyday.blogspot.com  
   Lee Tae İk haqqında.- Bu rolu No Min Woo oynayır. Çoxumuz onu My Girlfriend is a Gumiho- dramasından atnıyırıq və o serialdakı rolu maraqlı, özü isə yaraşıqlı idi. Lee Tae İk -in alergiyası var. Nəyə? - az qala hər şeyə :D Pişiklərə, və paltarlara yəni tərkibi tam ipək və ya pambıq olmalıdı paltarların. 





dreamhigh-happyday.blogspot.com

  O məşhur bir müğənnidir. Və Take One qrupunun üzvüdür. Qrup iki üzvdən ibarətdir. Onlar yola getmir. Serialın ən sevəcəyiniz hissəsi də elə bu iki oğlan arasında olan kiçik mübahisələr olur :D Lee Tae İk xaraktercə çox sərt, soyuqqanlı, özündənrazı, kobuddur. Lee Tae İk rolunu No Min Woo oynayır. Seriala baxdığım zaman bu rol mənə bir obrazı xatırlatdı.

Tuesday, June 17, 2014

NICE GUY OSTllar

Sadəcə ost larını dinləmək belə yetər.... Nice Guy / İnnocent Man




dreamhigh-happyday.blogspot.com
  
     Drama özlüyündə çox maraqlıdır. Ancaq çox vaxt ən yaxşı serialların ost-soundtrack ları da seriallara laiq olur.- MÜKƏMMƏL..  Bu serialda hansısa bir ifanı (müğənninin ifa etdiyi mahnılar) sevmədim ancaq bunun əvəzinə heç vaxt əminliklə deyə bilərəm ki, HEÇ VAXT Bezməyəcəyim musiqi, ost lar dinlədim. Heç serialı izləməmiş biri də bu musiqinin ilk notlarından çooox qəmgin hiss edər, əminəm.. Bu musiqi bu ostlar sadəcə serialı xatırlatmır. Sadəcə serialdakı hansısa hadisələrə görə sevmirəm bu ostları (ki çox vaxt seriallara görə mahnıları ikiqat sevirik)..  Telefonumda Nice Guy ostları üçün bir playlistim var.. Özümü yaxşı hiss etmədiyim vaxtlarda, ya da məsələn başım da ağrıyanda bu ostlara qulaq asıram, çünki incitmir insanı , yormur beyni səs-küylə..
 Serialın ilk açılış ost u... Hadislərin necə olcağını, serialın necə həyəcanlı olduğunu 51saniyəlik ost dan bilirsən artıq.. Həm də o ab-havaya düşürsən ;)



    Serialın başlıq ost u hər serial başladığı vaxt gözləyəcəyiniz ost dur.. Serialın özüdür.  Serialdakı bütün hadisələr bu 1dəq.27saniyəlik ost da var.. Dinləyəndə biləcəksiniz.. 

Ən Sevdiyim də 

Saturday, June 7, 2014

Psychometry 2013

KIM BUM SEVMƏYƏNLƏRİN BELƏ BƏYƏNƏCƏYİ BİR FİLM !!!!

  Film haqqında ilk sözüm mükəmməl Filmdir, yazımı oxuyub bitirdiyiniz an filmi izləyin.! ;) 
dreamhigh-happyday.blogspot.comFilmin adı -  Psychometry 2013 / The gifted Hands (vergili əllər ) Koreya dilində/
 Hangul-사이코메트리
Rejisor : Kwong Ho Young
Prodüser: Kim Bong Seo, Suk Dong Joon, Park Jae Yong.
Sinematoqraf : Kwon Hyuk Joon, Yoo Young Joon.
Yayımlanma tarixi- 07.03.13
Müddət (filmin)- 108 dəq.
Janr -    sirrli, triller, fövqəltəbii( fantastik)
Distribüter : CJ Entertainment Dil-   Koreya dili/Hangul
Ölkə-  Cənubi Koreya.



Filmin rejisoru Kwong Ho Young dur. Filmdə əsas rollarda :
dreamhigh-happyday.blogspot.com














   Hadisələr  bir qadının polis idarəsinə gəlib, balaca qızının itkin düşdüyünü bildirməsi ilə başlayır. Dedektiv Yang Choon-Dong, gənc dedektivdir və əsasən işində uğur qazana bilmir. Polis idarəsinə gələn bu qadının ifadəsi alındığı zaman digərləri qadının ifadəsinə o qədər də ciddi yanaşmır, ancaq dedektiv Yang Choon Dong bu işi götürmək üçün könüllü olur və bunun uşaq oğurluğu ola biləcəyini düşünür. Sonra bu işi araşdırmaq üçün rütbəcə ondan böyük dedektivdən icazəni ala bilir. 
.
   Bundan bir müddət əvvəl Choon Dong gecə küçədə bir oğlanın divara spreylə şəkil (grafiti) çəkdiyini görüb onu danlayır və bunun vandalizm olduğunu deyir. 
Üzünün görünməməsi üçün kapşonlu sviter geyinmiş bu gənc oğlan Kim Joon (Kim Bum) dur. O spreyi Choon Dong un gözünə sıxıb, qaçır. (Kim Bum filmdə çox yaraşıqlıdı ^_^)


 
Bir müddət sonra, polis axtarılan qızın (Choon Dong un öhdəsinə götürdüyü araşdırma) cəsədini boş bir ərazidən basdırılmış tapır. Dedektivin işi yenə də uğursuzluqla nəticələnmişdi. 


   Axşam xəbərlərdə bu cinayətlə bağlı xəbəri izləyərkən Choon Dong qəribə bir bənzərliyin şahidi olur. Xəbərlərdə cinayət ərazisinin uzaqdan görüntüsü yayımlanan zaman dedektiv bu görüntünün küçədə  gözünə sprey sıxıb qaçan oğlanın çəkdiyi şəklə necə oxşadığına təəccüblənir, hətta bu şəkil həmin cinayət haqqındaydı. Ancaq əsas məsələ o idi ki, oğlan bu şəkli cəsədin tapılmasından təxminən 1 ay əvvəl çəkmişdi... 

Psychometry 2013/ In ENGLISH

Even if You don't like Kim Bum, you will like this movie!

dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com
Movie : THE GIFTED HANDS                     (English title)/                      PSYCHOMETRY (literal title).

Hangul : 사이코메트리

Director : Kwon Ho Young
Producer : Kim Bong Seo, Suk Dong Joon, Park Jae Yong.
Cinematographer : Kwon Hyuk Joon, Yoo Young Joon.
Release date : March 7, 2013
Runtime: 108 min. 
Genres: Mistery, Thriller, Supernatural.
Distributer : CJ Entertainment
Language : Korean
Country : South Korea.

CAST: 
dreamhigh-happyday.blogspot.com

PLOT:
dreamhigh-happyday.blogspot.comOne day,  a woman comes to the police station and reports her daughter's missing. Yang Choon Dong is a young dedective in this police station who rarely gets results. When other dedectives don't take her case seriously, dedective Choon Dong believes , it could be a real kidnapping case. He asks working on this case alone and his boss lets him taking this case.
      
      Late one evening,  dedective Choon Dong saw a young boy who had just finished spray painting graffiti on the wall. The young boy was Kim Joon (Kim Bum ) with a hooded sweartshirt covering his face. Choon Dong reproved him because of this painting and cold it vandalism. 
Then the young boy sprayed Choon Dong in the eyes and disappeared. ( I have to admit that Kim Bum is very cool & handsome here ^_^ )

     Days later, the police find the missing girl dead in a vacant lot. It mean's that dedective Choon Dong couldn't solve the case.


 


   While watching news about that event, dedective Choon Dong has been suprised, because of the distant view of that vacant lot. It was just the same view which the young boy (Kim Joon-Kim Bum) has painted on the wall that night. For being sure , dedective Choon Dong goes to that street and look at the picture. He understands that the picture is about that crime. But the main point is that the young boy painted this about a month ago.

Wednesday, June 4, 2014

CNBLUE

Bütün BOICE lər bura..  

    CN BLUE Cənubi Koreyadan rok qrupudur.Koreya dilində qrupun adı - 씨엔블루   , Yapon dilində - シーエヌブルー. . Qrup 2009 cu il Cənubi Koreyada, Seul da yaradılıb. Qrup FCN entertainment ilə işləyir. Qrupun tam adı "CN to the BLUE " və ya "Code Name BLUE" -dur. BLUE isə qrup üzvlərinin individual təsviridir. (xarakterinə uyğun söz ;)) CNBLUE ilə daha yaxından tanış olaq..

dreamhigh-happyday.blogspot.com
Koreyadan ən sevdiyin gruplar hansılardır sualına cavabımda CNBLUE da ön sıralarda olur. Bu qrupun demək olar ki bütün mahnılarını bəyənirəm. Qrupun hər bir üzvünü bəyənirəm =) 
Qrupun 4 üzvü var: Jung Yong Hwa 정용화 qrupun liderdir və eyni zamanda əsas solo ifaçısıdır. Lee Jong Hyun 이종현 (əsas gitara ifaçısı, vokal), Lee Jung Shin 이정신 - bass gitara və vokal,  Kang Min Hyuk 강민혁 - vokal, zərb aləti.
Qrupun adındakı BLUE

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...