Thursday, September 18, 2014

IRON MAN/BLADEMAN/DƏMİR ADAM

Lee Dong Wookla yeni  drama.
dreamhigh-happyday.blogspot.com

  İLk 2 bölümü bitirdiyim anda yazmaq üçün bloga gəldim. Çoxdandır nə yazım deyirdim, əlbəttə bu fikirlə başladığım 3-4 yazım da var. ;) Serial 20 bölümdən ibarətdir. KBS2 kanalında həftənin çərşənbə və cümə axşamları yayımlanır. Sentyabrın 10-undan yayıma başlayan drama 13 noyabr 2014 cü ildə bitəcək. 
dreamhigh-happyday.blogspot.com  Serialda ilk dəqiqələrdən varlı və ən əsası əsəbi, çox əsəbi bir şirkət sahibini görəcəksiniz. (Baş rol oynayan Lee Dong Wook roommate də daha yaraşıqlıdır, ilk bölümdən saç düzümünü o dərəcə bəyənmədim. ;) )Onun nə dərəcədə əsəbi olduğunun da şahidi olacaqsınız. Bu kompyuter oyunları şirkətinin sahibi digər insanlardan fərqlənir. Amma bundan özünün də xəbəri yoxdur. 
dreamhigh-happyday.blogspot.com
  Kəskin iybilməsi onun baş rol qızı tapmasına səbəb olur. Bildiyimiz kəskin iybilmə deyil bu daha kəskindir, yuxarı mərtəbədən ayrı-ayrı mətbəxdəki yeməklərin, soyuducudakı vaxtı keçmiş ərzaqın ətrini biləcək dərəcədə. Baş rol qızın (Son Se Dong) ətri ona keçmişdə yaxın olmuş bir insanı xatırladır.. 
dreamhigh-happyday.blogspot.com
  Son Se Dong haqqında deyə biləcəyim ilk :bu qız, anasevgisi bolluğu xəstəliyindən əziyyət cəkir.  Övladıymış kimi davranır dostlarına :D Ama  bele xəstəlik kəşf olunmayıb deyə bilən yoxdur -_- Baş rol qızımızı, digər işçilərlə birlikdə aldadıblar və şirkətə(mini şirkət də deyə bilərik çünki şirkəti elə bu işçilərlə sahibi bankdan kredıtlə qurmuşdu). Bu işdən atılan 3-4 oğlan bizim qızın evinde qalır. Qızın ev sahibinin tək şərtinin evə oğlan ayağı dəyməməsi olsa da. O ev sahibi evə qəflətən gəlsə bəs? Yazıq oğlanlar: D  Çox şirin görünürlər •﹏•  Bunlara uşaq kimi baxmasın da neyləsin :D Aşağıdakı şəkildə qırmızı geyimli aktyoru Baekyunu, ağ geyimli də Chanyeolu  xatırladır mənə sizi bilmirəm :P
dreamhigh-happyday.blogspot.com
 Son Se Dong özünü müdafiə edə bilən qızdır. :D 

dreamhigh-happyday.blogspot.com


dreamhigh-happyday.blogspot.comJo Hong Bin( baş rol) əvvəlcə bu əsəbi halına görə sizi qıcıqlandıra bilər, amma onun öz bacarığından xəbərsiz olduğunu və həyatında baş vermiş itkini biləndə fikriniz tez dəyişəcək. Bacarıq dediyimiz isə onun bədənindən bıçaq kimi dəmirlərin çıxmasıdır. Bu yağış yağanda  baş verir, daha doğrusu bizim Ceo əsəbləşəndə yağış yağır. Bu vaxt o özündə olmur, amma dəhsətli dərəcə əsəbi olur. Yanında həmise gəzən onu tək qoymayan cangüdənin də elə əsas vəzifəsi Hong Binin bu bacarığını gizli saxlamaqdır, onun özündən belə...  Qorumanın həqiqətən çox bacarıqlı olduğunu demeliyem. ︶︿︶
dreamhigh-happyday.blogspot.com
Joo Hong Bin (Lee Dong Wook) u şəkildəki kimi simada tez tez görəcəksiniz. Baş rol qızımıza bu əsəbi insanı sakitləşdirmək düşəcək və işi heç də asan olmayacaq. ;)


Ceo Hong Binın çox əsəbi olması ən çox işçilərinə təsir edir, əvvəlcə Ceo onları qəşəng döyür və işdən qovur. Proses zamanı notbuklar, stullar havada uçur, indi o işçilərin vəziyyətini təsəvvür edın. Ancaq xestexanaya onların yanına gələn Ceo bu dəfə onların vəzifəsini yuksəldir :D Yeni drama fərqlidir bir azca ;) 
dreamhigh-happyday.blogspot.com
Bir də qəddar ata var dramamızda. Hər şey elə onda gizlidir. Ailəsini istədiyi kimi görməyə çalışan bir ata. Ceo öz ailəsindən uzaqlaşıb, hətta öz qardaşı haqqında onu tanımıram demişdi. 


dreamhigh-happyday.blogspot.comBu şəkili bura qoymaqda tərəddüd etdim amma sonda burdadır. Səbəbim isə ilk anda Dong Wook un incə beli oldu. Səhv başa düşməyin məni, aktivia reklamları yadıma düşdü:P 

Bir də baş rolun balaca bir oğlu var, serial təsadüfləri sevdiyi üçün bu uşaqla qızın yolları kəsişir.. -_-  Atasının uşağın varlığından sonra xəbəri olacaq. Uşağın həyatı dramanın sirrli hissələrindəndir. O polisi gördüyü an dayanmadan ağlayır. 
dreamhigh-happyday.blogspot.com

Bu da dramanın teaser i. Ümumilikdə yeni başlamış və hələ də davam edən dramalardan hələ ki, bu dramada bir ümid var. 
Bu qədər Hələlik. Yeni yazılarda görüşərik. Rəy yazmağı unutmayın. :/

No comments:

Post a Comment

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...