Tuesday, October 28, 2014

EPİK HİGH COMEBACK

EPİK HİGH YENİ ALBOMU - SHOEBOX

Epik high ən sevdiyim k-pop qruplarındandır. Elə bu səbəbdən də yeni albom, yeni mahnıları 4 gözlə gözləyirdim. Epik High dan xüsusilə Tablonu hamımız tanıyırıq. Tablonun solo albomu haqqında isə söz yoxdur. Mükəmməl idi. Tablo yenə solo albom hazırlasaydı əla olardı. ^_^ Epik High Koreyada həmişə fərqlilikləri ilə seçilən qrup olub. Əslində bu yazımdan əvvəl Tablo haqqında daha geniş yazı yazmaq istəmişdim və əlbəttə ki, Epik high haqqında da yazım olmalı idi. Birinci bu albom haqqında yazası oldum. 

Thursday, October 9, 2014

TEEN WOLF SEASON 1

YENIYETMƏ CANAVAR ADAM! dreamhigh-happyday.blogspot.com

  Son zamanlar Koreya seriallarından uzaqlaşmaq fasilə vaxtının gəldiyini hiss edirdim, bu hiss sizə də tanışdır. Dramalar əvvəlki kimi maraqlı gəlmir. Belə bir anda nə izləsəm dedim. Hər dəfə necəsə qarşıma çıxıb izlə məni deyən Amerika serialı nəhayət istədiyini aldı.! Fantastika varsa film ya da serialda mütləq nəzər yetirirəm. Çoxumuz Harry Poter kimi filmləri də bu fantastika marağımız sayəsində izləmədikmi?! :) Twilight, Vampire Diaries kimi fantastikdir. Amma burda vampir yoxdur.

dreamhigh-happyday.blogspot.com Hal-hazırda 4cü sezondayam (hətta artıq tamamilə bitirdim :(_) və yeni fantastik varlıqlar görürəm serialda amma vampirlər heç yoxdu.- nəzərə alaq ki, uşaqlıqdan az qala bütün fantastik filmləri və serialları sevə sevə izləyən biriyəm və fantastik varlıqların çoxunu sizin kimi tv dən yaxşı tanıyıram. :D  Amma vampirləri heç axtarmayacaqsınız da. Burda əsas canavar adamlardır. Hadisələrin məktəbli yeniyetmələrin başına gəlməsi də ikiqat baxımlı edir serialı. Çünki bu cür hadisələr yeniyetmələrin başına gələndə hadisələr daha əyləncəli baş verir. Serialı həm də seçdikləri soundtracklara görə bəyəndim. Soundtrack ları aşağıda paylaşmışam. ;) Şəkildəkilər K-drama üslubunda desək, Teen Wolf oppalar ^_^. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...