Monday, March 30, 2015

DİGİMON ADVENTURE 01

BU ANİME İN YERİNİ HEÇ NƏ ALA BİLMƏZ.!
http://dreamhigh-happyday.blogspot.com

   Sizə elə bir anime dən yazacağam ki, mən bu anime i hədsiz çox sevirəm. Hər bölümü, soundtrack ları ilə çox maraqlıdır. Ancaq heyf ki, çox adam hələ də bəlkə də gördüyü zaman Pokemon la dəyişik salır. Pokemona heç baxmamışam ancaq Digimon həqiqətən baxılasıdır.
http://dreamhigh-happyday.blogspot.com
Bu yaşda belə fikrim dəyişmədi. Soundtrack lar isə hər yaşda dinlənilə bilər. Digimon digər uşaqlar üçün olan anime ya da cizgi filmlərdən çox fəqrlidir. Ən əsası isə bildiyimiz kimi animelər sırf uşaqlar üçün olmur. Elə Digimon da belə animelərdəndir. Mənim kimi, tom və cerri, sevimli qəhrəmanları uşaqlıqdan çox uşaqsı qəbul edənlər bu anime i izləyin. Sevgi,romantika bol deyil. Ancaq dostluğa geniş yer verilir. Bəlkə də rok musiqisi ilə ilk bu anime sayəsində tanış olmuşam. Və əlbəttə ki çox sevmişdim. ;) Yapon anime lərinin ən əsas cəhəti də odur ki, animi çox ciddi qəbul edirlər. Bəzən, sırf uşaqlar üçün olduğu üçün elə cizgi filmlərlə qarşılaşırıq ki, buna uşaqlar niyə baxmalıdır ki deyir insan istər istəməz. Çünki uşaqları  bəzən insanlar gözlərində çox kiçildir . (Bu da başqa bir mövzuya gedir , başqa yazımda İnşaAllah) Bu anime təkcə mahnı seçimi deyil, uşaqların geyim tərzi ilə də fərqlənirdi. Keçək anime in özünə.

http://dreamhigh-happyday.blogspot.com
Hadisələr məktəblilərin yay pikniyi üçün gəldiyi yerdə başlayır. Belə ki, məktəblilərdən bəziləri (bizim qəhrəmanlarımız) bir anda başqa dünyaya keçir. Ancaq bunun necə başverdiyini bilmirlər. Ən əsası isə bu dünyada digimonların olmasıdır. Bura digimonların yaşadığı virtual dünyadır. Bəs Digimon nədir?

Thursday, March 19, 2015

TOKIO HOTEL-İNVADED

Yeniyetməlik dövrümün ən çox dinlədiyim qrupu.. Ən azı sən dəyişmə. Həyat dəyişsə də, ətrafımdakı insanlar dəyişsə də, şəhər dəyişsə də, və mən dəyişsəm də barı sən dəyişməsəydin. Özümü daha çox mən kimi hiss etdirəm mahnıların kimi yeni mahnılarını yazsaydın.. Çox romantik oldu :D Bir rok qrupu üçün yazıla biləcək deyil amma məndən bunu digər insanlar kimi həyatımdan birinə yazacağımı düşünmək yanılmaq səbəbinizdir.  Məndə ən çox musiqi var. Mənim həyatımın çoxu musiqidən ibarətdir. Sevincimi, kədərimi mahnı ilə bölüşmək daha asan olur. Yəgin ki, çoxunuz da elə mənim kimisiniz. Ancaq bəlkə də yox, kim bilə bilər ki?! Yeni albomunu səbirsizliklə gözlədiyim qrupun klip və mahnıları o qədər gözləntilərimi doğrultmadı ki. Yaxşı ki yeni albomda bu mahnı vardı. İnvaded adlı mahnı bu yersiz kimi görünə biləcək yazımın səbəbkarı oldu. Mahnını dinlədiyim andan yazmaq istədim. Kompyuter qarşısında isə yaza bildiyim yalnız bu oldu. SİZDƏ DƏ HEÇ BELƏ OLUB?

Monday, March 16, 2015

Bu Mövzuya DİQQƏT!!

YouTube da Kpop videolarına rəy yazıb fanlar arası mübahisələrə qəsdən səbəb olanlar..

http://dreamhigh-happyday.blogspot.com
Salam, bugün bu mövzunu yazmağı qərara aldım. Hamımız əsasən videoları, əlbəttə ki kpop videolarını da youtube dan izləyirik. Çoxumuz da dinlədiyimiz, bəyəndiyimiz klip, mahnılar haqda fikrimizi rəylərdə bildiririk. Ancaq bəlkə də çoxunuz fikir verməmisiniz. Bəzən videoların altında bir rəyə 400-500 ə yaxın cavab gəlir. Bir sözlə aləm qarışır bir-birinə. Sonra rəyi oxuyursanş Orda da əsasən bənzər yazılar olur hər dəfə. Mənim başqa qrup fanı dostum deyir ki bizimqrup bu qrupdan güclüdür. Sizdən soruşmaq istədim belədirmi?- Bu yazılara aldanıb cavab yazmayın. Çünki bu rəylərin məqsədi sadəcə qarşı qrupa qarşı nifrət yaratmaqdır. Daha doğrusu isə tam olaraq fanları bir birinə qarşı qoyur. İnanmamalı olmağınızın əsas səbəbi isə budur ki, eyni istifadəçi adı ilə bənzər yazını müxtəlif kpop qruplarının videolarının altına yazır. Yəni bir gün exo, o biri gün super junior, bir saat sonra da got7 və digər bütün qrupların videolarının altına yazır. Mən sizə ekranın şəklini çəkib atmışam. Ancaq inanmayan olsa -ki inanmıram buna ;) - həmin videoların altında eyni yazıları tapa bilərsiniz. 
Bir ara google + da bir oğlan da kpop oğlanlarının şəkillərinin altına qız kimi olduqlarını filan yazmışdı amma heç cavab da yazmadım. Bu qısqanclıqdan yazılır. Amma indi haqqında yazdığım isə bir az başqadır. 
http://dreamhigh-happyday.blogspot.com/

Wednesday, March 4, 2015

Comeback lə Dolu Bir İl Üçün Geri Sayım Başladı..

Eyni ildə  BigBang, Exo, Shine, İkon və Winner, Eunhyuk və Donghae  yazda albom təqdim edəcək. 2015 K-POP üçün çox səs-küylü olacaq!.

http://dreamhigh-happyday.blogspot.com
  2015ci ildən ən çox gözləntisi olan kpop fanlarıdır. İstər ExoL, istər Vip və ya başqa bir qrup fanı olun fəqr etməz əminəm ki siz də bü comebackları böyük maraqla gözləyirsiniz. İlk olaraq Lay in açıqlaması olaraq gəlib bizə çatan (Lay MAMA dan bəri yaman aktiv olub deyilmi)  comeback xəbəri Exo dan oldu. 

Sunday, March 1, 2015

QUEEN IN HYUN'S MAN

Bol Romantika, bir az Fantastika, həm Tarixi həm Müasir drama olsun baxım deyənlər, bu mümkünsüz deyil. Bu drama tam axtardığınızdır!

http://dreamhigh-happyday.blogspot.com
   2012 ci il çəkilmiş drama 16 bölümdən ibarətdir. Drama Cənubi Koreyanın TVN kanalında yayımlanıb. Baş rollarda isə Ji Hyun Woo, Yoo In Na bölüşür. Dramanın ssenarisi çox gözəl idi, ancaq məhz bu cütlük serialın iki qat maraqlı alınmasında xüsusi rol oynayib. Serialın başlanması da fərqlidir. İlk şəkil də həmin videodandır. Həmin video belə insanı dramanı izləməyə sövq edir. 
   

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...