Sunday, February 5, 2017

Bu aralar mən.

Son Zamanlar..

  Salam. Nəhayət çox uzun zamandan sonra bura yazmağın sevincini təsəvvür edin. Vaxt azlığı və yorğunluq bu il hər zamankından daha çox üstün gəlib. Bu aralar mən də yox kimiyəm. Çünki sevdiyin kitabı oxumağa vaxt tapmamaq, izləmək istədiyin fimlərə sadəcə uzaqdan baxmaq və blogunda nə yazacağını düşünüb də yaza bilməmək bu sıranı uzada da bilərəm, bütün bunlardır məni mən edən. 
Və bir neçə aydır onlardan uzağam. Məncə, vəziyyətin necə olduğunu siz anladınız. Bir də hər şeyin üstünə mövsümə uyğun qrip əlavə edək. Nəticə "möhtəşəm" olur. 
Bu aralar hər şeydən çox qripəm. Artıq qripi hardan, kimdən tutduğumu da bilmirəm. Bu ilki qədər qrip tutduğum olmamışdı. Bloqa yazılacaq qədər həyatıma daxil olmuş qrip virusu düşünün. 
Ancaq bütün bunlara baxmayaraq pozitiv yaşamağa davam edək. Məsələn saçlarımı qısaltmaq kimi bir dəyişiklik istəyirəm. İndi upuzun saçlı qız olduğumu düşünməyin sadəcə bir az çox uzanıb. Kəsilmə vaxtı gəlib çoxdan. Qısa saçları çox sevdiyimi desəm təəccüblənməzsiniz. Havaların isinəcəyi vaxtı hər ildən daha çox gözləmək səbəblərim içində saçlarım da ən öndən özünə yer tutub. Qalın geyimlərdən bezdim artıq, hava soyuqdursa bir az da geyim olaraq istədiyin rahatlığı tapmırsan. Mən tez üşüyən olduğumçün ikiqat problem olur. Aşağıdakı şəkildəki kimi görünən qız görsəz o mənəm əmin olun. 
Gözəl mahnılar dinləməyə vaxt çatdıra bilirəm. Qulaqcıqlarım yolda ən yaxın dostum olur. Qış sevən insan necə qışın tez getməsini istəyir? Qarışıq hislər deyək. Ya da Bakıda qış o qədər də qarlı olmur deyədir. Deməli hər şeyin səbəbkarı ya soyuq ya da qripdir. 
Hava yaz olsun bir parkda oturum səssizliyə dalıb gedim istəyirəm. Son zamanlar istədiyim az küləkli (Bakıda çətin), azca meh əsən günəşin yandırmadığı xoş mülayim havadır. Bunu canlandırın təsəvvürünüzdə. Və tək oturub buludlara dalmaqdan zövq almaq. Günəşin batdığı vaxt olsa o an oralar bir başqa gözəl rənglərə boyanar. Sonra bütün gün dinləyin deyə bu mahnını da əlavə etdim. (Mahnı sözünü basın/klikləyin). Jeff (tanımayanlar adın üstünə klikləyin və haqqında yazdığım kiçikyazıya keçid alın, xüsusilə sevdiyim mahnılarını da sizlə bölüşdüyüm yazıdır.) havasında 1 mahnı sevənlər üçün bu mahnı.
Gününüz xoş keçsin. Bu da içimdən gəldi. http://dreamhigh-happyday.blogspot.com/
Sizi siz edən şeylərdən uzaq qalmayın. Bu da bugünün tövsiyyəsi olsun. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...