Sən

HƏR ŞEY SƏN'DƏN BAŞLAYIR.

dreamhigh-happyday.blogspot.com
  Suallara boğun bəzən özünüzü. Niyə? sualı həyatda ən çox haqqında düşündüyümüz sualdır, deyil mi? Gəlin başlayaq.
  Mən anlamıram. İnsanlar niyə bezmir. niyə eyni yerlərə gedirlər. Niyə həmişə harasa bağlı qalırlar. Niyə dəyişmirlər. Geyim və yemək üçün yaşayırıq. - bunu qəbul edin əvvəl. Sonra nə isə etmək haqqında düşünün. Əvvəl olduğunuz formanı qəbul etmək lazımdır. İnsanlar üçün necə də xoşdur, məqsədini övladına bağlamaq. Buna mən sadəcə bəhanə kimi baxıram. Ona verməyə çalışdığını əvvəl özün yaşamalısan. Bacararsan? Cəhd etmisən? Bu cümləni isə bu mənada daha dərindən anlamaq olur. 
Ya olduğunu kimi görün
Ya göründüyün kimi ol.
Mövlana.
Mən göründüyünüz kimi olmağınızı istəyərdim. Çünki haqqında danışdığınız özünüz  o qədər dürüstdür, mehribandır. Necə gözəl görünür sözlər o anlarda ağzından çıxanda, elə adam var kim olduğunu bilməsəm inanardım. Atın bu ikililiyin daşını. Yorğun olarsınız bəsdir hər şeyi cəmiyyətin, dünyanın, sistemin boynuna atdınız. Etməliyəm deyə bir şey yoxdur. Danışdığınız o cəmiyyət, dünya, sistem hər biriniz (hər birimiz) ilə bir bütün olub. Dəyişin. Danışmazdan əvvəl həmişə göründüyünüz kimi olduğunuza əmin olun. 
dreamhigh-happyday.blogspot.com
Bəzən və çox vaxt uşaq kimi olun. Təmiz və olmalı olduğumuz kimi. Dünya səni dəyişməsin. Çünki yolun ən sonunda anlayacaqsan ki, səni dəyişən dünya, ya nifrət etdiyin onlar deyil, SƏN və sənin SEÇİMlərindir. Daha yaxşı olmaq seçimlər arasında yoxdursa daha pis olmağı seçmə. Biz hamımız müəyyən mənada yaxşı insanıq və eyni zamanda pis insanıq. Bu cümlələr tək sənə, ya sizə ya mənə aid deyil. Bizim hamımıza aiddir. Şablonu sevmirəm, Ümidvaram şablon olmadı. fikirləriniz hər zaman maraqlıdır.
Bu arada, bu yazı üçün şəkil seçərkən, 13 Reasons Why- adlı serial diqqətimi çəkdi. Treyler maraqlı gəldi. Baxanlar fikir bildirsin ki, mən izləsəm haqqında burda yazı yaza bilim. Amma sadəcə seriala baxıb fikriniz dəyişməyin, yazının yazılma səbəbini düşünün. Uzun, yorucu işə qrafikinizə baxmayaraq düşünməyi unutmayın. Bizi robotdan fərqləndirən budur. Bu bacarığımızı inkişaf etdirək. Düşünməyi yadırğamayın. Özünüzə yaxşı baxın. Blogger dostlarımın yadında olmaq belə yazmaq üçün əla motivasiyadır. 
dreamhighhappydayblogspot.com
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 yorum:

  1. Men senin blogunu Teen Wolf haqqinda yazigin yazi ile tanimişam. Bilmirem helede izleyirsen ya yox? MarQli geldi sadece :)
    Birde soruşmusanki 13RW baxanlar fikirlerini bildirsinler. Mence en az Teen Wolf qeder maraqli kinodu. Mövzusu adami çox dərindən təsir edir. Spoiler vermek istemirem ama trailer'e baxanda yeqinki bawa duşubsen movzu neden ibaretdi. Cox uzatdim bilirem :P Qisasi, heqqeten baxmaga deyer kinodu :)

    ReplyDelete
    Replies
    1. Salam. Əlbəttə baxıram, hətta son sezondur bu il bitəcək -_- 13RW əslində çox diqqətimi çəkir sadəcə ağır dram havasına görə tərəddüd edirəm. Sanki daha müsbət bir şey izləmək istəyirəm. Ancaq mütləq izləyəcəm onu da. Yox uzatmadın xoşdur. Blogu izlədiyini, yazıları oxuduğunu bilmək sevindirir. Rəy üçün təşəkkür edirəm. Tez-tez rəylər yazsan daha çox sevinərəm.

      Delete
  2. Təəssüf ki, hər zaman başqalarının düşüncəsinə və baxışlarına görə davranılan bir cəmiyyətdə yaşayırıq. Bəzən mənə elə gəlir ki, hər kəs bir-birinin eynisidir. Toylarımız da, yaslarımız da eyni ssenarili tamaşadır sanki. Fərqlisənsə deməli qəribəsən, anormalsan. Ona görə heç kim özü ola bilmir. Nə bilim... Düzələrik inşallah.

    ReplyDelete
    Replies
    1. Bu mövzuda uzun və maraqlı söhbət edə biləcəyimizi düşündüm. Eyni fikirlərdir beynimdə. İnsanlar sadəcə yaşadı desinlər deyə yaşayırlar dərk edib seçərək yox. Təəssüf ki ən düzgün yaşam tərzi də məhz bu görülür. Bizdə arada anormallıq qəribəlik hiss edirik buna görə də. :)

      Delete