Tuesday, September 5, 2017

Utopya

Yaxşı ilə pisin arasında.


   Siz çox eqoistsiniz. Dünyanın gözəl yer olduğunu düşünürsünüz. Siz nəyisə dəyişdiyinizi nəyisə yaxşılığa dəyişdiyinizi düşünürsünüz. Amma hardasa bir kənddə bəlkə də dünyanın ən ağıllı adamı doğulub ve o kənddə məktəb olmadığı üçün ömrünü adi kənd sakini kimi ordaca başa vuracaq. Bəlkə də sizin o çox sevdiyiniz ən sevdiyiniz müğənninin səsindən qat qat gözəl səsi olan insan hal hazırda tam fərqli bir işdə vaxt öldürür və biz o səsdən, o beyindən məhrum olmuşuq. Hardasa dünyanın ən gözəl qızı da var amma o heç vaxt gözəllik yarışmasına qatılmayıb. Boş verin gördükləriniz ƏNləri. Ən ağıllı olan, ya ən güclü olan yoxdur.  Sadəcə düzgün anda düzgün yerdə olan  o yerçün ən düzgün insan var. Onu da bacara bilsəniz. Və bəlkə də siz ömrünüzün sonuna kimi heç vaxt sizin üçün olan düzgün yeri tapa bilməyəcəksiniz. Bəlkə də problem düzgün anı tapa bilməməkdədir. 
Sizin 1 nəfərə kömək etdiyiniz an əslində 10 nəfər itir gedir. İtkinin qarşısını ala bilərsiniz? Ümumiyyətlə həqiqətən mi, siz insanların, istisnasız hər kəsin yaxşı yaşamağını istəyirsiniz?  Siz sadəcə bunu istəmirsiniz. Insanların çoxu digərlərinə həqiqətən yaxşılıq etmək istəmir, sadəcə bizdə vicdan adlı hiss var ve bunu sakitləşdirməsək yaşamaq daha çətinləşər. Insanların çoxu dilənçiyə çörək, ya pul verməklə az qala 1 anlıq Cənnəti görmüş kimi hiss edir ya da qəhrəman kimi.  Digər insan isə o anda öz insanlıq borcunu yerinə yetirmişdir. Başqa bir insan isə o zaman özünü daha hörmətli, özünə arxayın hiss edib. Hər halda sonra hami öz həyatına geri qayidir. O dilənçini heç vaxt orda görməmiş kimi öz işiylə məşğul olur. Bəs dilənçi? O hələ də ordadir. Siz özünüzü yaxşi hiss edəsiniz deyə o hər gün orda durub dilənir. Bunu düşünmək bəlkə də sizə xoş təsir belə edə bilər. Axi dünyanın sizin, məhz sizin etrafinizda dönməsi hissini bir anliq düşünəndə belə yaşadiğiniz o sevinc sizinçün əvəzolunmazdir. Tanımadığınız bir yana siz heç tanıdığınız neçə nəfərə işiniz düşdü deyə yox bütün səmimiyyətinizlə sadəcə necə olduğunu necə yaşadığını bilməkçün yazmısınız? 
Belə bir çin atalar sözü var: 1 insana 1 balıq ver və sən onu 1 günlük yedizdirdin. Ona balıq tutmağı öyrət, və onu bir ömür yedirmiş ol. ( ümidvaram çincə yazacağımı düşünmədiniz).
   Image result for chinese proverb fish
 Aclığın qarşısını almağa çalışmırsız. Siz sadəcə ərzaq yardımı edərək yaxşı insan ola bilərsiniz.Sizin etdiyiniz kömək deyil siz özünüzə kömək etmişdiniz bütün ömrünüz boyu yalnız özünüz üçün yaşamısınız. Əsl kömək, problemi tam kökündən aradan qaldırmaqdır. Nəticəsi sizə ziyan gətirsə belə yaxşılıq edə bilərsiniz? Hətta maddi ziyana (milyonluq bir ziyan düşünün) gətirib çıxaracaqsa belə, siyasətçün, media üçün, etrafda yaxşi ad qazanmaqçün yox sirf istədiyinizçün yaxşılıq edin. Çalışın yaxşı ilə pisin arasında gedib gəlməyin. Yaxşı olmağa çalışın bir də baxacaqsınız artıq yaxsı insansınız. Dünya nə gözəl yerdir, nə də pis. Dünya çox qəribədir və onu daha çətin yaşanacaq vəziyyətə gətirməmək üçün özünüzü dəyişin. Bu yazınını sonunda sizdə nə dəyişdi?

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...