Wednesday, November 22, 2017

Orijinaldan daha yaxşı Cover. Volume 1

Həmişə ilklər ən gözəl olmur.
https://dreamhigh-happyday.blogspot.com/

  Biz həmişə orjinalların ən gözəli olduğunu düşünmüşük. İstər kitab baxımından, istər film və ya mahnı olsun. Ancaq bəzən bir mahnının coverini eşitdiyin zaman mahnıda orjinaldan fərqli, sanki tam başqa yeni bir şey tapırsan. Sanki orjinal olmasaydı, orjinalı eşitməsən, bu cover deyil deyəcəksənmiş kimi hiss etdirir. Cover mahnının orjinalını kölgədə belə qoya bilir. 
Bu cover üzərində işləyən insanların istedadından asılıdır. Orjinalı sevilən mahnını cover etmək xüsusi bacarıqdan əlavə həm də güclü duyumu və hissləri birləşdirib musiqini korlamadan dəyişməkdir, ona özündən nəsə qatmaqdır. Gəlin mənim sevdiyim mənə təsir etməyi bacaran mahnı coverlərini(kavrlar) və orjinallarını dinləyib müqayisə edək.
1.  İlk olaraq The NBHD( Neighbourhood-un qısa forması) dən bir cover seçdim. İlk dinlədiyim zaman cover olduğunu bilmirdim və öyrənən kimi orjinalını da axtarıb tapdım. Ancaq bu versiyanın yeri tam başqadır. Əslində The NBHD mahnının mashup  formasını yaradıb. Mashup- mahnıları birləşdirib yeni 1 şey yaratmaq. "Cry me a river/ Say my name" .  Destiny's child  qrupunun səsləndirdiyi versiyanı/"Say my name"  (Bilməyənlər üçün Destiny's Child qrupunun əsas ifaçısı Beyoncé olub və məhz bu qrupda məşhurlaşıb.) Justin Timberlake-in "Cry me a river" mahnısını qarısdırıb yeni və sevdiyim bir mahnı çıxaran The NBHD qrupu həm də mənim kimi araşdırmağı sevən insanların bu iki mahnını xatırlaması və ya bu mahnıları da ilk dəfə üçün dinləməsinə şərait yaratdı. 

2. "Eyes, Nose, Lips" mahnısına Epik High-dan Tablo-nun cover/kavr-ı da mükəmməllər içindədir. Həm əsas versiyanı və həm də bu versiyanı dinləməyi məsləhət görürəm. Qeyd edim ki mahnının ifaçısı Bigbang qrupundan Taeyang-dır və Tablonun rep cover/kavr-ında da yenə Taeynag mahnını səsləndirir. 
3. Jeff Buckley "Calling you". Bu mahnı və Jeffin Cover-i haqda Jeff Buckley haqqında yazdığım yazını oxusanız məlumat ala biləcəksiniz.  
                                    
4. Mad World - Jasmine Thompson. Mahnının orjinal versiyasını Gary Jules ifa edib. Mən hər iki versiyanı da çox sevirəm. 

                                 
5. Wicked Games Charlotte Cardin. Mahnı XX əsrin mahnısıdır. Əsas ifaçısının adını bəlkə eşitməmisiniz ancaq bu mahnınıəminəm ki eşitmisiniz. Həm də məhz onun- Chris İsaak in ifasında eşitmisiniz. (İfaçının adını klikləyərək orjinalı dinləyin)

                           
6. Unlike Pluto - No Scrubs ft. Joanna Jones. Mahnının orjinalı yenə XX əsrin mahnısının cover-idir. Amerika qrupu TCL (mahnının orjinalı üçün qrupun adını klikləyin) No scrubs mahnısını eşitsəm açığı bəyənməzdim. Amma cover-i sevdim. 
Bu arada ən möhtəşəmi ən sona saxladım. Sona qədər dinləyin hər mahnını. 
7. Taka (One Ok Rock qrupunun solisti) - Hello. One Ok Rock mənim çox sevdiyim yapon rok qrupudur. One Ok Rock qrupuna şans vermək istəyən oxucu qrupun adına klikləyərək sevimli qrupum haqda məlumat və əsası ən sevdiyim mahnılarını dinləyin. 
Qrupun solisti Taka məşhur müğənni Adele-in Hello mahnısını çox gözəl oxuyub. 
8. Ən sona ən əfsanı mahnını saxladım. (təbii ki mənim üçün) Mahnını yaxşıca araşdırdığım zaman çox təəccüblənmişdim. Orjinal və indiki versiya arasında yeganə ortaq cəhət sanki mahnının sözləridir. Əvvəla qeyd edim ki Mr. Sandman- əsasən nağıllarda istifadə olunan sehrli obraz olub. Adının mənasında qumadam olmasının səbəbi isə gözə sehrli qum töküb insana şirin, sehrli yuxu verməsinə inanılmasıdır. Mahnının ilk versiyası  Vaughn Monroe tərəfindən ifa edilib. Ardınca eyni ildə  The Chordettes qrupu da ifa edib. (xüsusuilə bu versiyanı bəyənmirəm. Zövqlər müxtəlifdir ;)) Hər iki versiya üçün ifaçı/qrupun adını klikləyin.  Mahnının yaşı da az deyil. mahnı 1954-cü ilin mahnısıdır. Mənim adına uyğun sehrini hiss etdiyim versiyanı isə SYML ifa edib. 
Mahnını dinləyəndə real dünyanı unuduram. Belə hiss etdirə bilən musiqi çox azdır. Ən sevdiyim mahnını da sizilə bölüşdüm, daha nə istəyirsiz ki . Musiqidən zövq alın ;) 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...